Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


22.04.2017  12:52 

Gülçöhrə Məmmədovanın mühəndis oğlu





A+  A-

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

XəzərNews.az xəbər verir ki, Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

Bu dəfəki təqdimatımız Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar, “Şöhrət” ordenli Gülçöhrə Məmmədovanın oğlu Rüfət Babayev haqqındadır.


1976-cı ildən, yəni Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (o zaman Azərbaycan Memarlıq və İnşaat Universiteti belə adlanırdı) memarlıq fakültəsini bitirdikdən sonra Gülçöhrə Məmmədova müxtəlif illərdə həmin institutda assistent, baş müəllim vəzifələrində çalışıb, 1991-ci-ildə dosent, 2000-ci ildə isə professor vəzifəsinə seçilib.

1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin olunub.

O, 2000-ci ildə II çağırış, 2010-cu ildə IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2006-cı ildə “Azərbaycan Respublikası Əməkdar Memarı” fəxri adını alan rektor xanım 11 aprel 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı, iki nəvəsi var.

Rektorun 1993-cü il təvəllüdlü qızı qızı Əsmər xanım Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistrantıdır.


Gülçöhrə Məmmədovanın oğlu Rüfət Babayev hazırda Norveçin “Statoyl” Neft Şirkətində yeraltı dəstək mərkəzində aparıcı mühəndis kimi çalışır. O, 1980-ci ildə Bakı şəhərində anadan olub, 160 saylı orta məktəbi bitirib, 1997-ci ildə Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları fakültəsinə daxil olub. Təhsilini Almaniyada davam etdirən Rüfət Almaniyanın Freyberq Mədən Akademiyası Texniki Universitetini bitirib, neft mühəndisliyi üzrə magistr dərəcəsini alıb.
Əmək fəaliyyətinə Xəzər dənizində, BP Azərbaycan şirkətində mühəndis kimi başlayıb, 2002-ci ildən 2009-cu ilə kimi bu şirkətdə müxtəlif vəzifələrdə çalışıb. 2009-cu ildə o, Venesuelada, Karakasda Urdanetaqazpromda təcrübə rəhbəri kimi işləyib.

2011-ci ildən bu günə qədərRüfət BabayevNorveçin “Statoyl” Neft şirkətində müxtəlif vəzifələrdə - layihə mühəndisi, dizayn, planlaşdırma və icra lideri kimi çalışıb, Statfyord quru və dənizdə müdaxilə komandasıyla işləyib.

O, hazırda Statoyl şirkətində yeraltı dəstək mərkəzində aparıcı mühəndis kimi fəaliyyət göstərir. Şirkətdə çalışdığı gündən işinə ciddi, nizam-intizamı və peşəkar xüsusiyyətləri ilə seçilib, verdiyi səmərəli təkliflər rəhbərlik tərəfindən dəyərləndirilib. Onun müəllifi olduğu Statfyordun istismar müddətini bitirmiş iki quyusunda boruların tərs qaz axını sisteminin quraşdırılması layihəsi (İGLS) 2014-cü ilin iyul-oktyabr aylarında Statfyord A quyularında uğurla quraşdırılıb. 2015-ci ilin martında isə R.Babayevin bu layihəsi Neft Mühəndisləri Cəmiyyətinin (SPE) ABŞ-ın Hyuston şəhərində keçirdiyi beynəlxalq konfransında böyük maraqla qarşılanıb, iqtisadi səmərəli variant, mükəmməl mühəndislik nümunəsi kimi yüksək qiymətləndirilib. Zəif, lay təzyiqi ilə boşaldılmış quyularda hasilatı artırmaq və ya başlamaq üçün alternativ həll kimi irəli sürülən bu layihəyə görə R.Babayev Stavangerdə Neft Mühəndisləri Cəmiyyətinin (SPE Atavanger) “İlin gənc mühəndisi” mükafatına layiq görülüb. Məlumat üçün qeyd edək ki, Neft Mühəndisləri Cəmiyyətinin təsis etdiyi bu mükafat neft mühəndisliyi peşəsində və neft sənayesində müstəsna xidmətlərinə, liderlik keyfiyyətlərinə görə verilir.

R.Babayev ingilis, alman, norveç və türk dillərində sərbəst danışır. Ailəlidir, bir qızı var.



Xəbər 3584 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +