Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


06.10.2025  17:00 

“Nar”ın dəstəyi ilə “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri - Fotolar





A+  A-

Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyi ilə seçilən “Nar”ın tərəfdaşlığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsinin 2024-2025-ci illər üzrə hesabat tədbiri keçirilib.

XəzərNews.az xəbər verir ki, layihənin əsas məqsədi həssas və qeyri-həssas qrupları bir araya gətirməklə onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək, yeni dostluqlar qurmaq və inklüziv cəmiyyətin gücləndirilməsinə töhfə verməkdir.

Tədbir çərçivəsində layihənin hesabatı təqdim olunub. Bildirilib ki, il ərzində layihəyə ümumilikdə 587 nəfər – həm əlilliyi olan, həm də olmayan iştirakçı cəlb edilib və beləliklə, həssas və qeyri-həssas qrupların birgə fəaliyyəti dəstəklənib. Həmçinin, cəmiyyətdə inklüziv davranış mədəniyyətinin təşviqi məqsədilə sosial şəbəkələrdə yayımlanan maarifləndirici videoların təsiri və əldə olunan nəticələr tədbir iştirakçıları ilə bölüşülüb. Qonaqlar inklüziv dəyərləri əks etdirən bədii film nümayişini izləyib, eləcə də xüsusi inklüziv rəqs tamaşasının şahidi olublar. Tədbirdə layihənin ideyası ətrafında birləşən tərəfdaş qurumların rəhbərləri də çıxış edərək inklüziv cəmiyyətin təşviqinə dair fikirlərini səsləndiriblər.

Tədbirdə iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar” ölkəmizdə inklüzivlik istiqamətində layihələr həyata keçirən ilk şirkətlərdən biridir. Xüsusilə qürurvericidir ki, bu təşəbbüslərimiz digər şirkətlər üçün də ilham və motivasiya rolunu oynayır. Biz inklüzivliyi dəstəkləməklə həm cəmiyyətin inkişafına, həm də biznes mühitində sosial məsuliyyətin güclənməsinə töhfə veririk”.

Sosial məsuliyyət fəaliyyətlərini ardıcıl şəkildə davam etdirən “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təhsil, inklüzivlik və sosial rifah istiqamətində təşəbbüsləri dəstəkləməklə cəmiyyətdə bərabər imkanların təşviqinə və inklüziv dəyərlərin güclənməsinə töhfə verir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə nar.az vasitəsilə tanış ola bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.







Xəbər 4504 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +