Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


13.12.2024  21:16 

Sabiq baş memarın cinayət əməli üzrə məhkəmə prosesi yekunlaşıb





A+  A-

Həbsdə olan Lənkəranın sabiq baş memarı Elgün Abdullayevin daha bir cinayət əməli üzrə məhkəmə prosesi yekunlaşıb

Xəzərnews.az xəbər verir ki, Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona qarşı yeni irəli sürülmüş Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Elgün Abdullayevin cəzası toplanılıb və 8 il 6 ay azadlıqdan məhrum edilib.

Həmçinin sabiq baş memarın əvvəlki hökmü toplanılmaqla iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan da məhrum olunub.

Yeni ittihama görə, Elgün Abdullayev vətəndaşlara qanunla müəyyən olunan qaydaları pozmaqla torpaq sahələri ayırıb və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verib.

Bundan əvvəl Elgün Abdullayev vətəndaşlardan külli miqdarda rüşvət almaqda təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.//Report

Xəbər 2849 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +