17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib


02.09.2022  11:10 

Özünü qazi kimi təqdim edən şəxs saxlanılıb





A+  A-

Sosial şəbəkələrdə videomüraciətlər yayaraq Füzuli rayonunda məmurların himayə etdiyi qoçu dəstələri tərəfindən evinə hücum edildiyini, evinin dağıdıldığını iddia edən şəxs həbs edilib.

XəzərNews.az Füzuli Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, özünü Qarabağ qazisi kimi təqdim edən Elçin Əsədov hüquq-mühafizə orqanları tərəfindən aparılmış araşdırmalardan sonra saxlanılıb. Məlum olub ki, onun yaşadığı evə heç bir hücum olmayıb, ev əşyalarının sındırılması və dağıdılması görüntüsünü Elçin Əsədov özü qəsdən yaradıb.

Onun barəsində başlanılmış inzibati xəta haqqında iş baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun barəsində inzibati qaydada həbs qərarı çıxarılıb.

Qeyd edək ki, E.Əsədov vaxtaşırı sosial şəbəkələrdə Qarabağ müharibəsi qazisi adından istifadə edərək video müraciətlər yayıb. Füzuli Rayon İcra Hakimiyyətinin açıqlamasında onun məmurlar və iş adamlarını şantaj edərək maddi qazanc əldə etdiyi bildirilib.

Xəbər 3130 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +