Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


05.02.2021  12:46 

Bu müəssisələrdən Rusiyaya alma ixrac olunacaq





A+  A-

Azərbaycandan Rusiyaya ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Bu barədə XəzərNews.az-a AQTA-dan məlumat verilib. Bildirilir ki, AQTA və Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan müzakirələr və Agentlik tərəfindən təqdim olunmuş məlumatların təhlili nəticəsində 8 fevral 2021-ci il tarixindən daha 27 müəssisədən - “Man Aqro” MMC, “Cənnət Aqro” MMC, “Şirin Aqro” MMC, “Agro İnternational” MMC, “Şimal Kəndli Fermer Təsərrüfatı” MMC, “Ulu Aqro” MMC, “Aqro Kompleks Qəbələ” MMC, “Balacabns” MMC, “Yaşıl Ranço” MMC, “Vitamin Vio” MMC, “Zərdabi adına Elmi Təcrübə Bazası” MMC, “Agroexim” MMC və Quliyeva Sərfinaz Mədət qızı, Əhmədov Vüqar Həmdulla oğlu, Əhmədov Vüqar Həmdulla oğlu, Əzizov Vüsal Natiq oğlu, Əliyev Zeynal Hacıməmməd oğlu, Məhərrəmova İradə Əmir qızı, Məmmədzadə Bayram Nüsrət oğlu, Məmmədov Bəylər Ağalar oğlu, İmanquliyev Qoşqar Bəkir oğlu, Əlihüseynov Elmar Əlfəddin oğlu, Zalov Eldar Rəsul oğlu, Kərimova Fidan Paşa qızı, Soltanov Rafiq Ağarəhim oğlu, Şıxkərimov Vüqar Zülfüqar oğlu, İbrahimov Mehman Cəfər oğluna məxsus müəssisələrdən Rusiya Federasiyasına alma ixracına icazə verilib.

Hazırda AQTA ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

Xatırladaq ki, daha əvvəl 51 pomidor, 10 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilib. Beləliklə, bu ölkəyə alma ixracı üçün icazə verilən müəssisələrin sayı 37-yə çatıb.

Xəbər 4370 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +