Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar
Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI


10.10.2018  16:09 

Jurnalist Türkiyədə konsulluqda mişarla DOĞRANIB





A+  A-

Türkiyədə Səudiyyə Ərəbistanı konsulluğuna sənədlər üçün girən “The Washington Post” nəşrinin müxbiri Camal Kaşıkçı doğranılaraq öldürüldüyü iddia edilir.
XəzərNews.az “The New York Times”a istinadən xəbər verir ki, bu barədə nəşrə adı çəkilməyən Türkiyə rəsmisi danışıb.

O bildirib ki, jurnalist xüsusi qrup tərəfindən 15 parçaya ayrılıb konsuluq binasından, sonra da Türkiyədən çıxarılıb.

Rəsminin məlumatına görə konsulluğa çağırılan Kaşıkçı iki saat ərzində doğranılıb və hissələr şəklində binadan çıxarılıb.

Səudiyyə hakimiyyəti bu iddiaları rədd edir.

Bundan əlavə Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlarının bu fikrə necə gəldikləri hələ də tam açıqlanmayıb. Lakin xüsusi xidmət həmin gün müxtəlif reyslərlə Türkiyəyə 15 Səudiyyə Ərəbistanı agentinin gəldiyini və onlardan birinin cəsədlərin yarılması üzrə ekspert olduğunu müəyyən edib. Onların hamısının həmin gün konsulluq binasına girib çıxdıqdan sonra elə həmin gün bir neçə saat sonra ölkəni tərk etdikləri də aydınlaşıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından tələb edib ki, günahsız olduğunu sübut etsin.

Həmçinin məlumdur ki, jurnalistin itməsi ilə əlaqədar Türkiyə tərəfi konsulluq binasında axtarış həyata keçirilməsi üçün müraciət də edib.

Mənbənin məlumatına görə bu hadisə yalnız Səudiyyə Ərəbistanı hakimiyyətinin ən yüksək səviyyəli şəxsləri tərəfindən sifariş edilə bilərdi.

Səudiyyə tərəfi isə Türkiyə hakimiyyətini mənbələrini anonim saxlamaqda ittiham edərək onların mənbələrini açmalı olduqlarını və jurnalistin oğurlana biləcəyini də nəzərə almalarını tələb edib.

Türk-Ərəb Jurnalistləri Birliyinin rəhbəri Turan Kışlakçı da bu iddianı təsdiqləyib.

Kışlakçı jurnalistin 15 yerə parçalanaraq binadan xüsusi qrup tərəfində çantalarda çıxarıldığını bəyan edib.

“Bizə çatan xəbərlər onun öldürüldüyünü göstərir. “Özü öldürüldü dəfn hazılıqlarınızı edin” dedilər”- Kışlakçı bildirib.

O, həmçinin bunun vəhşi bir hadisə olduğunu və Türkiyədə buna cürət edilməməli olduğunu qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı olan, evlənmək və ABŞ vətəndaşlığını qəbul etmək üçün konsulluqdan sənədlərini götürməyə gələn Kaşıkçı Səudiyyə Ərəbistanı hakimiyyətinə qarşı tənqidi məqalələr yazıb.

Xəbər 3559 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +