200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.01.2021  10:54 

Ərdoğana peyvənd vuran həkim Türkiyədə gündəm oldu





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən peyvənd olunduğunu açıqlayıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə teleqram kanalında məlumat verən Ərdoğan “Mən də peyvənd olundum”,- deyə qeyd edib.

Ankara Şəhər Xəstəxanasında heyəti ilə birlikdə peyvənd olunan dövlət başçısı xəstəxana çıxışında jurnalistlərə açıqlama verib: “Bizim peyvəndlər gələn kimi nazirimiz ilk peyvəndi özünün vurduracağını dedi və dünən peyvənd olundu. Başda siyasi liderlər olmaqla bütün millət vəkillərimiz bu kampaniyanı gücləndirmək üçün peyvəndlənmə nöqtələrində təşviqat aparsalar, bunun çox effektiv olacağına inanıram. 25, 30 milyon doza peyvənd gətiriləcək. Bu müddətdə ölənlərə Allahdan rəhmət diləyirəm”.

Ərdoğanın peyvənd olunduğu anın fotoları sosial mediada böyük marağa səbəb olub. İstifadəçilər peyvəndi vuran həkimi İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğluna bənzədiblər. İmamoğlu bir tvitter istifadəçisinin “İmamoğlumu?”- deyə sual verdiyi tvitinə “Xeyr, mən deyiləm”,- deyə gülən üzlü emoji ilə cavab verib. Ərdoğana peyvənd tətbiq edən həkimin daxili xəstəliklər üzrə mütəxəssis Dos. Dr. İhsan Ateş olduğu bildirilib.



Xəbər 1854 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +