200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.01.2021  16:22 

Küveyt hökuməti istefa verdi





A+  A-

Küveytin Baş Naziri Sabah Əl-Xalid Əs-Sabah parlamentlə anlaşmazlıq səbəbindən hökumətin istefası üçün Küveyt əmiri Nəvaf Əl Əhməd Əl Cabir Əs Sabaha ərizə təqdim edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi (KUNA) məlumat verib.

“Küveyt əmiri Nəvaf Əl Əhməd Əl Cabir Əs Sabah çərşənbə günü ona hökumətin istefası üçün müraciət edən Baş naziri qəbul edib”,- deyə məlumatda qeyd olunub.

Baş nazirin yanvarın 12-si nazirlərin istefa tələbi ilə müraciət etməsindən sonra bu qərara gəldiyi bildirilib. Nazirlər tərəfindən belə bir müraciətə səbəb isə ötən ilin dekabrında seçilən parlamentin, Baş nazirin 5 yanvar parlament iclasına gəlməsini və qanunverici şura ilə əməkdaşlıq etməkdən boyun qaçırması ilə bağlı ittihamlara cavab verməsini tələb etməsi olub. İclas hökumətin iştirakdan imtina etməsi səbəbindən baş tutmayıb.

Millət vəkilləri hökuməti Küveyt parlamentinin keçmiş spikeri Məzruk əl-Qanimin yenidən spikerliyə namizədliyini dəstəkləmək və qanunverici məclis komitələrinin formalaşmasına müdaxilə edərək parlamentə təzyiq göstərməkdə günahlandırıblar. Bundan əlavə Sabah hökuməti Nazirlər Kabineti qurulduqdan dərhal sonra İcra hakimiyyətini təqdim etməli olduğu halda hökumətin iş proqramının parlamentə təqdim edilməsinin gecikdirilməsində günahlandırılır.

Siyasi çəkişmələr fonunda Küveytdə İraq hücumundan bəri ən ağır iqtisadi böhran davam edir. Keçmiş maliyyə naziri Barak əş-Şitana görə, 2021-ci ilin martında sona çatacaq cari maliyyə ilində Küveytin büdcə kəsiri 46 milyard dollar təşkil edəcək. Bu səbəbdən, hökumət 20 il müddətinə əvvəlki çağırış parlamentinin qəbul etmədiyi 66 milyard dollarlıq kredit götürməsinə imkan verən dövlət borcu haqqında yeni qanun qəbul etmək istəyir.



Xəbər 2062 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +