200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.05.2020  11:17 

İranda restoran və məscidlər açılır





A+  A-

İranda mayın 25-i Ramazan ayının sonundan etibarən məscidlər və restoranların fəaliyyətinə icazə veriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiya açıqlama verib:

“Koronavirusun yayılmasına qarşı milli qərargahın qərarına görə, Ramazan ayının sonundan etibarən ölkədə bütün məscidlərin və dini məkanların, eləcə də müxtəlif restoranların və bərbərlərin tədricən açılmasına icazə veriləcək”.

O, həmçinin bildirib ki, koronavirusun daha az yayıldığı bölgələrdə bu cür məkanlar artıq fəaliyyətə başlayıb.

Qeyd edək ki, yoluxma hallarının azalması fonunda İran hökuməti aprelin 11-dən etibarən COVID-19 ilə əlaqədar tətbiq olunan bir sıra məhdudiyyətləri tədricən ləğv etməyə başlayıb.

Xəbər 1544 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +