200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.05.2020  17:19 

İsraildən koronavirus peyvəndi ilə bağlı daha bir açıqlama





A+  A-

İsrail alimləri tərəfindən COVID-19-a yoluxmuş şəxsin bədənində virusa aktiv şəkildə hücum edən və peyvənd yaratmaq üçün istifadə oluna biləcək antikorlar kəşf olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə naziri Naftali Benett açıqlama verib. Bildirilib ki, İsrail Bioloji Tədqiqatlar İnstitutunun gizli laboratoriyasına baş çəkən Benettə koronavirusa yoluxmuş şəxsin bədənindəki virusları neytrallaşdıra bilən antikorların necə işlədiyi göstərilib.

“Bu anticismlər virusa xüsusi şəkildə hücum edir və xəstənin orqanizmində onları zərərsizləşdirə bilir”,- deyə Benett açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, hazırda peyvənd üçün patent qeydiyyatı aparılır, daha sonra isə kommersiya istehsalına başlanacağı gözlənilir. Bununla belə, peyvəndin nə vaxt hazır olacağı açıqlanmayıb.

Qeyd edək ki, bu yaxınlarda Niderland alimləri tərəfindən koronavirusa hücum edə bilən antikorlar aşkarlanmışdı. Ümumilikdə isə dünyada koronavirusa qarşı peyvəndin yaradılması üzərində 100-ə yaxın tədqiqat qrupu işləyir.



Xəbər 2084 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +