“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.03.2024  12:51 

“Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll edə bilərəm”





A+  A-

“Seçkidə qalib gəlsəm, Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll edə bilərəm”.

Xəzərnews.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Sebastyan Qorki şousuna verdiyi müsahibədə bildirib.
“Biz onları, Rusiya və Ukrayna prezidentlərini bir araya gətirməliyik. Onda mən onlara deyəcəyəm: siz bunu etməlisiniz, yəni, razılaşmalısınız.

Mən onların hər birinə müəyyən şeylər deyəcəyəm ki, onları bütün dünyaya səsləndirməyəcəyəm. Amma mən güman edirəm ki, uğur qazanacağam”, - Tramp deyib.

Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu da qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Tramp dəfələrlə bəyan edib ki, ABŞ-nin hazırkı Prezidenti Co Baydenim Ukrayna ilə bağlı siyasəti bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər.

Sabiq dövlət başçısı, həmçinin dəfələrlə qeyd edib ki, prezident seçkilərində qalib gəlsə, 24 saat ərzində Ukraynada vəziyyətin nizamlanmasını təmin edə bilər.

Xəbər 1296 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +