Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


24.11.2021  22:28 

Sabiq polisin qızı qonşunun evindən 79 450 manatlıq oğurluq edib - Məhkəmə





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən F.Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il müdətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq, həbs qətimkan tədbiri seçilib və F.Quliyeva məhkəmə iclas zalında həbs edilib.

Zərərməkmişin mülki iddiası qismən (55 660 manat) təmin olunub.

İttiham aktına əsasən, hadisə 2018-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib. Belə ki, F.Quliyeva qonşusu M.Abbasovun evindən ümumilikdə 79 450 manatlıq oğurluq edib.

Məhkəmədə ifadə verən F.Quliyeva özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, təqsirləndirilən qadının atası Tahir Qənbərov daha əvvəl daxili işlər orqanlarında çalışıb./Report

Xəbər 2189 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +