Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


01.05.2023  18:32 

“İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib





A+  A-

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planına uğun olaraq Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi və İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının birgə tədbirlər planına uyğun olaraq “XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir dünyada müasir köləlik” adlı layihə çərçivəsində Bakı şəhəri 15 saylı Peşə Litseyində tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, 15 saylı Peşə Litseyində təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant Vamiq Naməndzadə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis leytenantı inspektor Kamil Abdullayev və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.

15 saylı Peşə Litseyində 100 dən artıq müəllim və tələbələrə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda geniş maarifləndirmə tədbiri keçirilib. Tədbirlərdə 100 dən artıq tələbə və müəllim iştirak edib, onlara insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların xüsusi marağına səbəb olmuş, mövzular ətrafında verilmiş çoxsaylı suallar cavablandırılıb.









Xəbər 2685 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +