Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


30.04.2023  22:31 

Türkiyə üçün kritik 15 gün başlayır...





A+  A-

Türkiyə üçün kritik 15 gün başlayır. Nəzərlər qardaş ölkəyə dikilib. Hər kəsin istəyi Türkiyəni bu seçimlərdən güclənib çıxmasıdır. Amma seçki kampaniyasının gedişatı bu istiqamətdə narahatlıqlar yaradır.

Xüsusilə də Millət İtifaqından aday olan Kamal Kılıçdaroğlunun Yüksək Seçim Kuruluna güvənmədiyini dəfələrlə açıqlaması, ancaq sandıqları qoruyacağını söyləməsi bu narahatlığı artırır.

Belə görsənir ki, tərəflərdən biri seçkini saxtalaşdırmağa, digəri isə ona yol verməməyə çalışır. Bu isə münaqişə ocağının indidən mövcudluğundan xəbər verir. Etimadsızlıq şəraitində keçirilən seçkilər Türkiyəni qarışdıra bilər. Türkiyə üçün ən vacibi nəticələrini xalqın tanıdığı və beynəlxalq qurumların qəbul etdiyi seçkiyə nail olmaqdır. Bu isə tərəflərin hər ikisinin Yüksək Seçim Kuruluna inamından asılıdır.

Finacial Times qəzetinə müsahibəsində iqtisadi proqramını açıqlayan Millət İtifaqından namizəd olan Kamal Kılıçdaroğlu Mərkəzi Bankın müstəqilliyindən, Avropa Birliyi ilə investisiya əməkdaşlığından danışıb. O bildirib ki, hədəfləri növbəti 5 ildə Türkiyəyə 300 milyard dollar xarici sərmayə gətirməkdir.

Bu arada məlum olub ki, türk lirəsinin məzənnəsini tənzimləmək üçün valyuta rezervləri tükənən Mərkəzi Bankın xalis valyuta mövqeyi mənfi 67 milyard dollara düşüb, odur ki, Mərkəzi Bank qızıl satışına başlayıb.

Türk lirəsinin başının üzərində təkrar qara buludlar gəzir. Görünür ki, seçimlər həssaslığı daha da artıracaq, lirə yenidən dəyərsizləşəcək.

Tanrı Türkiyəni qorusun!

Qubad İbadoğlu

Xəbər 2478 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +