Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


30.04.2023  12:31 

Əliyev və Putinin Ərdoğana açıq dəstəyinin sirri...





A+  A-

Türkiyədəki 14 may seçkilərində Ərdoğanın yenidən prezident seçilməsini səmimiyyətlə istəyən və həm də buna ciddi-cəhdlə çalışdıqları aşkar görünən iki dövlət başçısı var - Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin.

Hər ikisi, faktiki olaraq, Ərdoğanın seçki təbliğatında birbaşa iştirakçı olmaqla, onun Türkiyə seçiciləri arasında reytinqinə müsbət təsir edəcək çox önəmli fikirlər bildiriblər:

Aprelin 27-də Akkuyu AES-in açılış mərasimində Vladimir Putinin, aprelin 29-da isə "Teknofest"də İlham Əliyevin çıxışlarının məzmunu onu göstərir ki, həm Rusiya, həm də Azərbaycan Ərdoğan Türkiyəsi ilə indiyəqədərki əməkdaşlıqdan çox razı qalmaqla yanaşı, yaxın gələcəyin Türkiyəsini də Ərdoğansız təsəvvür etmirlər, siyasi yatırımları onadır və onunla münasibətləri daha da dərinləşdirməkdə qərarlıdırlar.

Putin və Əliyevin Ərdoğana dəstəyi həm də Bayden administrasiyasının Ərdoğanın rəqiblərinə açıq və gizli yardımları fonunda baş verir.

Dəfələrlə dediyimiz kimi, 14 may seçkiləri siyasi yarışdan daha çox bir geopolitik savaşdır və bu seçkilər Türkiyənin, eləcə də Türkiyənin çətiri altında qurulan Türk Dövlətləri Təşkilatının (TDT) gələcək nizamda yerini, cinahını müəyyənləşdirəcək.
Ukraynada Rusiya prezidentini hələ məğlub etməyi bacarmayan qoca Bayden Türkiyədəki seçkilərdə Ərdoğanı yenməyi həm də Putin üzərində qələbə sayır və buna görə də bütün resurslarını işə salıb.

Bu səbəbdən, Ərdoğanın 14 mayda qələbəsi qoca Baydenin ilk geopolitik məğlubiyyəti, Ərdoğan-Əliyev-Putin ittifaqının isə növbəti uğuru sayılacaq.

Elxan Şükürlü
Siyasi şərhçi


Xəbər 2450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +