DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


04.03.2021  17:32 

Azərbaycanda buraxılış imtahanı ilə bağlı yeni qərar verildi





A+  A-

“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilib.
XəzərNews.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Məlumata görə, “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları” tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından, tipindən və növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində ümumi təhsil pilləsində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində təhsilalanların yekun attestasiyasının aparılması qaydalarını müəyyən edir. Bu Qaydalarda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə, imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi buraxılış imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.

Bununla əlaqədar, Nazirlər Kabinetinin qəbul edilmiş Qərarı “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının artıq bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutur. Eyni zamanda Qərarda, buraxılış imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.

Xəbər 4717 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +