DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


13.09.2018  15:06 

Narkomafiya üzvləri saxlanıldı





A+  A-

Narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhər ərazisində narkotik vasitə satmaq istəyən Cəlilabad rayon sakinləri Şahlar Qasımov və Əhməd Əhmədov polislər tərəfindən saxlanılıb. Onların üzərlərinə və Ə.Əhmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə baxış keçirilən zaman 1 kiloqram 5 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni iyulun 27-də dəstənin digər üzvləri Yaşar Qasımov və Süleyman Məhərrəmovla birlikdə Yardımlı rayonu Aruz kəndi ərazisində İran vətəndaşı Rza adlı şəxsdən satmaq məqsədi ilə aldıqlarını bildiriblər.

Dəstənin adıçəkilən üzvləri, o cümlədən İran vətəndaşı Cavadi Rza Əlirza oğlu da saxlanılaraq istintaqa təqdim ediliblər.

İstintaqın gedişi zamanı müəyyən edilib ki, saxlanılan Azərbaycan vətəndaşları qabaqcadan əlbir olan bir qrup şəxs halında Rza Cavadidən ümumi çəkisi 3 kiloqram 590 qram heroin və 932 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə ediblər. Cəlilabad rayonunda gizlətdikləri narkotik vasitələrin qalan hissəsi də aşkar olunaraq götürülüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda, cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

Xəbər 2958 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +