DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


21.05.2017  10:07 

Şuranın dəstəyi ilə həyata keçirilən layihənin ikinci tədbiri baş tutub - Fotolar





A+  A-

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin təşkilati, Azərbaycan Respublikasınn Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində ikinci tədbir baş tutub.
XəzərNews.az xəbər verir ki, layihə rəhbəri Ruslan Nəsirov çıxış edərək layihənin məqsədi barədə məlumat verib.
Layihə rəhbərinin köməkçisi Rəfail Əliyev Dəyirmi masada iştirak edən gəncləri diskussiya prosesində fəal olmağa dəvət edib.
Tədbirdə çıxış edən gənc politoloq Zaur Məmmədov münaqişənin kökləri, mərhələləri və həlli perspektivləri barədə geniş bilgilər verib.
Dəyirmi masa ətrafında gənclər sərbəst şəkildə öz düşüncələrini bölüşüb, fikir mübadiləsi aparbılar. Gənclər münaqişənin həlli istiqamətində bir sıra təkliflərlə çıxış ediblər. Bəzi gənclər münaqişənin yalnız hərb yolu ilə həllinə inandıqlarını qeyd edərkən, digər qrup isə müharibənin çıxış yolu olmadığını diplomatiyadan istifadənin gücləndirilməsini qeyd vurğulayıblar.
Beləliklə, Dəyirmi masa ətrafında uzun müzakirələrdən sonra münaqişənin dövlət siyasətinin də müəyyən etdiyi kimi hərbi-siyasi yolla həllinin ən uyğun olduğu qənaətinə gəlinib.
Sonda gəncləri maraqlandıran suallar cavablanıdırlıb, gənclər münaqişə ilə bağlı bir çox məlumatlara yiyələnib və xarici-beynəlxalq ictimaiyyətə münaqişə ilə bağlı verəcəkləri dolğun, düzgün və faktlara əsaslanan məlumatlarla zənginləşiblər.





Xəbər 2944 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +