Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı
Qəzənfər Ağayev hər il bu şirkətə yol təmir etdirir
Səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur...-Nazir
Ağac avtomobilin üzərinə aşdı -VİDEO
Daha bir şadlıq evində yoxlamalar aparılıb -FOTO
Homoseksual öz əmisi tərəfindən qətlə yetirildi
Almaniya bu ölkənin vətəndaşlarını ölkəsinə buraxmır


29.09.2021  17:59 

Virus onları ölümə, yoxsa azadlığa aparır? - Həbsdəki icra başçıları...





A+  A-

Bu gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin koronavirusa yoluxması xəbəri yayılıb.

Sabiq icra başçısının COVID-19 xəstəliyi ilə bağlı verdiyi analizin cavabı pozitiv çıxıb və o, Ədliyyə Nazirliyinin ixtisaslaşmış Müalicə müəssisəsinə köçürülüb. Vəziyyətinin ağır olduğu bildirilir.

Bundan bir neçə gün əvvəl isə Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirus infeksiyasına yoluxub. Hazırda müalicə olunur. Onun ECMO cihazına qoşulduğu bildirilir.

Həbsdə olan digər bir icra başçısı - Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev də həbsxanada bu virusa yoluxmuşdu. Amma mübarizə apara bilmədi və dünyasını dəyişdi.

Bəs görəsən, hər kəsdən təcrid olunan bu icra başçıları COVID-19-a necə yoluxurlar? Və necə olur ki, hazırda müalicə prosesində olan başçılar demək olar ki eyni vaxtda xəstələnir? İşin daha bir müəmmalı tərəfi odur ki, xüsusi diqqət mərkəzində olan bu şəxslərin vəziyyətləri niyə bu qədər kəskin pisləşib? Onlar niyə xəstəliyin ən şiddətlənən vaxtında xəstəxanaya yerləşdirilir?...

Qeyd edək ki, sentyabrın 15-də Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb./BakuPost/

XəzərNews


Xəbər 2993 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək


BÜTÜN XƏBƏRLƏR +