Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


06.04.2020  16:28 

Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu





A+  A-

Azərbaycanda 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Operativ Qərargahdan XəzərNews.az-a daxil olan məlumata görə, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxan 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxan 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.

Xəbər 2790 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +