Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?
Tramp “Tramp marşrutu”ndan danışdı
Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluq edib?
Kiyev məhkəməsi rus hərbçiyə bəraət verib
YUNESKO yeni rəhbər seçdi
Futbolda mərc əməliyyatı: saxlanılanlar var


13.12.2017  12:25 

Bu il onlara düşmədi... - Ən yaxşı və pis hadisələr...





A+  A-

Geridə qoyduğumuz 2017- ci il Azərbaycanın siyasi, iqtisadi, sosial, kriminal, idman və mədəni həyatında bir çox hadisələrlə yadda qalıb.
XəzərNews.az “Qafqazinfo”ya istinadən 12 aylıq dövrdə baş verən önəmli hadisələri bir daha oxucuların diqqətinə çatdırır.

2017- ci ildə siyasi həyatımızın ən önəmli hadisələrindən biri ölkədə birinci vitse-prezidentlik institutunun formalaşması ilə bağlıdır. Referendumdan sonra fevral ayının 21-də ölkənin birinci xanımı Mehriban Əliyeva prezidentin sərəncamı ilə birinci vitse-prezident postuna təyin olundu.

Elə bu ayda ölkənin ən iri oliqarx nazirlərindən biri hesab olunan Nəqliyyat naziri Ziya Məmmədov da prezidentin sərəncamı ilə işdən çıxarıldı. Beləliklə, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi.

Ölkədə və xaricdə yüksək hörmətə malik olan energetika naziri Natiq Əliyev isə iyunun 9-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Onun bir neçə ay boş qalan yerinə isə oktyabr ayının 12-də yeni nazir təyinatı baş tutdu. Pərviz Şahbazov ölkənin energetika naziri oldu.

Bu ilin yekununa isə iki nazirin işdən çıxarılması məsələsi damğa vurdu. Vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarov prezident sərəncamı ilə işdən çıxarıldı. Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olundu. Təhsil naziri vəzifəsi isə hələ ki, boşdur.

Ölkənin iqtisadi həyatının ən önəmli hadisəsi isə oktyabrın sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılması oldu.

Eyni zamanda, 2017-i il benzinin bahalaşması ilə yadda qalıb. İyunun 15-də “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Noyabr ayında isə "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Ai-98” super markalı benzinin qiyməti 1,50 AZN olub

Bu il həmçinin kriminal sferada da mühüm olaylar baş verdi. “Lotu Quli” nin adamları kimi tanınan “Qoca” ləqəbli Etibar Məmmədov və dostu Əli Ağami həbsdən qaçdı. Dustaq aparan qatardan sözügedən şəxslərin qaçması hadisəsi Azərbaycan gündəmində uzun müddət müzakirə olundu.

Hətta onların qaçmasında əli olduğu iddia edilən tanınmış müğənni Fədayə Laçın da bu olaylardan sonra həbs edildi.
Kriminal avtoritet olan “Qoca” isə polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində öldürüldü.

“Lotu Quli” isə həbsdən azad edildi.

Bu günlərdə isə ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar etdi.

Azərbaycanın idman tarixində ən önəmli hadisə isə “Qarabağ” millisinin Çempionlar Liqasına vəsiqə alması oldu.

Həmçinin bu il 12-22 may tarixlərində Bakı IV İslam Oyunlarına ev sahibliyi etdi.

Mədəni həyatımızda önəmli hadisə isə uzun müddətdən sonra UNESKO dolmanı və musiqi aləti kamançanı Azərbaycanın mədəni irsi kimi tanıdı.

Bu il həmçinin bir sıra sferalarda mühüm şəxslər dünyasını dəyişdi.

Meyxanaçı Bayram Kürdəxanlı və tanınmış diktor Rafiq Hüseynov, dünya şöhrətli alim Lütfi-Zadə, xalq artisti Qəndab Quliyeva vəfat etdi.

Xəbər 3546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +