Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Gültəkin Hacıbəyli ölkədən qaçıb
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu
Prezident DTX-nin saxladığı başçı ilə bağlı qərar verdi
Bəzi məmurlar xəyanət yoluna düşüb... - Mer
Bu ölkədə hava limanları bağlanır
“Hurriyyet TV”-nin Baş redaktoru saxlanıldı
Azərbaycanlı iş adamı Rusiyada ölü tapıldı


28.10.2025  11:39 

AYNA-nın “modernləşmə”sinin acı nəticəsi: Bakı tıxacda boğulur





A+  A-

Hazırda Bakının 15 əsas prospekt və küçəsi hər gün eyni mənzərə ilə üz-üzədir. Tıxac, qulaqbatıran siqnal səsləri, havada qalın benzin qoxusu və əsəbi sürücülər. Paytaxtın nəqliyyatı sanki boğulur, şəhər nəfəs ala bilmir.

Bütün bunların səbəbi təsadüfi deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son illər həyata keçirdiyi “yenilənmə” adı altında yolların daraldılması, avtomobil zolaqlarının hesabına “parklamaxanalar” və “velosipedxanalar” düzəldilməsi şəhər strukturunu iflic vəziyyətinə salıb.

Bəli, biz də hesab edirik ki, velosiped və piyada infrastrukturunun inkişafı müasir şəhər mədəniyyətinin vacib hissəsidir. Lakin Bakı kimi sıx tikilili və planlaşdırılmamış şəhərdə bu işlər strateji plan olmadan aparıldıqda, nəticə bugünkü kimi olur: tıxaclar, gecikmələr və artan hava çirkliliyi.

Ən acınacaqlısı isə odur ki, AYNA-nın daraltdığı küçələrin ətrafı eyni zamanda göydələnlərlə doldurulur. Şəhərin mərkəzində onlarla yeni tikili, yüzlərlə yeni avtomobil, amma heç bir yeni nəqliyyat strategiyası yoxdur.

Nəticə də ortada: hər gün bu küçələrdə min tonlarla yanacaq yandırılır, Bakı ekoloji fəlakətə doğru irəliləyir, İnsanlar əsəbi, həyat keyfiyyəti isə hər gün bir az da azalır.

AYNA-nın əsas vəzifəsi şəhərin nəqliyyat yükünü azaltmaq, ictimai nəqliyyatı əlçatan və effektiv etmək olmalıydı. Amma görünən odur ki, qurum şəhəri planlaşdırmaq yox, sadəcə rəngli xətlərlə “bəzəmək”lə məşğuldur.

Bakının bu “boğulma sindromu” davam edərsə, yaxın illərdə tıxac təkcə yolları yox, paytaxtın gələcəyini də iflic edəcək.

N.Oruclu
XəzərNews.az





Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +