Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


17.10.2023  15:00 

Paşinyan Rusiyanın onu devirmək istədiyini bildirib





A+  A-

"Bu qədər insan Qarabağdan Ermənistana qaçdığı bir vaxtda təhlükəsizlik sahəsində müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta Ermənistanda hakimiyyət dəyişikliyi, demokratik hakimiyyətin devrilməsi üçün açıq çağırışlar etdilər".

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə Avropa Parlamentində keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

N.Paşinyan həmçinin Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT-nin də İrəvanı tək qoyduğunu bildirib.

Ermənistanın baş naziri qeyd edib ki, İrəvan Bakının SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında sərhədin demarkasiyasına başlamağa razı olacaq.

Paşinyan qeyd edib ki, bü gün bəziləri guya Qarabağ ermənilərinin niyə kütləvi şəkildə evlərini tərk etdiyini başa düşmürlər:

"Bu sual özlüyündə artıq görünür, çünki cavab çox sadədir. Sentyabrda Qarabağın əhalisinin azalması ilə bağlı bəzi beynəlxalq rəsmilərin təəccüblü üzlərini qəbul etmirəm".

O, çıxışı zamanı Azərbacyanla bağlı qərəzli açıqlamalar da verib:

"Azərbaycan prezidenti Ermənistanın 29 800 km² ərazisinin tanınmasını dilə gətirmir. Bu, bəzi analitiklərin ehtiyat etməsinə, Ermənistana qarşı ərazi iddiaları irəli sürmək üçün xüsusi qeyri-müəyyənlik yarandığını düşünməsinə səbəb olur".

Xəbər 3283 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +