Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


07.10.2023  10:45 

Prezident söz verdi: Səfirlik fəaliyyətini bərpa edəcək





A+  A-

Prezidenti İlham Əliyev tezliklə Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətini bərpa edəcəyinə söz verdi.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdada Bəzrpaş deyib.

Azərbaycan Respublikasına səfəri barədə təssüratını bölüşən və Bakıda apardığı yüksək səviyyəli danışıqlara toxunan nazir bildirib:

"Söhbət zamanı keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlardan söz açıldı. Biz Azərbaycanın İrandakı səfirliyinin qısa zamanda açılmasını xahiş etdik və Azərbaycan prezidenti səfirliyin tezliklə fəaliyyətini bərpa edəcəyinə söz verdi".

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş verib.

İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarıb və səfirlik əməkdaşlara atəş açıb. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı 2 mühafizəçi yaralanıb.

İran məhkəmə-ədliyyə orqanları artıq sfirliyə hücumla bağlı cinayət işinin məhkəməyə göndərildiyini bildirib.

Xəbər 8709 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +