Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


12.12.2022  23:01 

Azərbaycanlı aktivistdən Rusiyanın vətəndaş cəmiyyətinə ÇAĞIRIŞ





A+  A-

"Şaxtalı hava, digər məhrumiyyətlər iradəmizi sarsıda bilməz. "Sülhməramlı" adı altında erməni separatizminə dəstək verən Rusiya silahlılarının komandanı Volkov etirazımızı şəxsən dinləməyənə qədər aksiyamız davam edəcək".

XəzərNews.az xəbər verir ki, bu sözləri bu axşam Xankəndi-Ermənistan yolunda Rusiya sülhməramlılarının özbaşınalıqlarına və Azərbaycanın təbii resurslarının qanunsuz istismarına etiraz edən aktivistlərdən biri, jurnalist və ictimai fəal Niyaz Niftiyev pia.az-a açıqlamasında deyib.

Xankəndi-Ermənistan yolundakı hazırki durumla bağlı danışan N.Niftiyev bildirib ki, hava şaxtalıdır, QHT və media nümayəndələri açıq havada qalanmış ocaqla qızınırlar:

"Hazırda burda hava şaxtalıdır. Bəziləri xəstələniblər də. Lakin iradəmizi, əzmimizi nəinki şaxta, separatizmə dəstək verənlərin odlu silahı belə, qıra bilməyəcək. İki il əvvəl şaxtalı havada Şuşa qalasını düşməndən geri alan gənc əsgərlərimizin ataları, analarıyıq. O ruhu həmin əsgərə başda Müzəffər Ali Baş Komandan olmaqla, biz aşılamışdıq. İndi də o ruhun sahibləri olaraq, ata yurdumuzda ekoloji talanın qarşısını almaq üçün dinc mübarizə aparırıq", - deyə aktivist bildirib.

Xəbər 2875 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +