Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


10.11.2021  17:21 

“60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb“ - Nazirlik məlumat yaydı





A+  A-

Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.

XezerNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.

Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.

Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.

Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Xəbər 3282 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +