Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


09.08.2017  10:21 

Toponomiya Komissiyası niyə iclas keçirmir...





A+  A-

Azərbaycanda yer adlarının dəyişidilməsi ilə məşğul olan Milli Məclis yanında Toponomiya Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın uzun müddətdir ki, iclası keçirilmir.
Məsələ ilə bağlı Toponomiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli açıqlama verib.

Deputat komissiyanın iclaslarının yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən məktublar daxil olduqda keçirildiyini bildirib.

“Həmin məktublara əsasən, yeni yaradılan yaşayış məntəqələrinə adlar verilir. Həmçinin təklifdə göstərilən mövcud adların dəyişdirilməsi məsələsinə baxılır. Toponomiya Komissiyası yalnız yerli təşəbbüslə məktublar daxil olduqda toplanır. Görünür ki, hələ bununla bağlı elə bir ehtiyac yoxdur. Ona görə də komissiyanın iclasları keçirilmir. Bunun başqa bir səbəbi yoxdur”.

Komissiya sədri deyib ki, yer adlarının tez-tez dəyişdirilməsi heç də müsbət hal deyil.

“Yer adlarında xalqın keçmişi, tarixi ilə bağlı müəyyən məsələlər var. Amma hələ ki, komissiyaya bu barədə təkliflər göndərilməyib. Hazırda Milli məclisin deputatları tətildədir. Əgər payız sessiyasında komissiyaya materiallar daxil olsa, Toponomiya Komissiyası növbəti iclasını keçirə bilər”.

(modern.az)

Xəbər 3589 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +