Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


29.08.2025  14:06 

“Real Ermənistana“, yoxsa “Böyük Ermənistana“?





A+  A-

“Ermənistanda 3, xaricdə isə 8 milyona yaxın erməni yaşayır. Maraqlı situasiya yaranıb. Nikol Paşinyan administrasiyası "Real Ermənistan" düşüncəsi ilə Türkiyə və Azərbaycanla anlaşmağa çalışır. Bu istiqamətdə ciddi uğurlar da qazanıb. "Böyük Ermənistan" xülyası ilə yaşayan diaspora isə Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkmək istəmir. Erməni düşüncəsi bu iki yolun ayrıcında ilişib qalıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli çıxış edib.

E.Həsənli bildirib ki, Rusiya və İran, eləcə də bir çox dövlətlər ermənilərin türklərlə düşmənçiliyinin davam etdirməsində maraqlıdır və bütün vasitələrlə ermənilərə bu idealogiyanı təşfiq etməyə çalışırlar:

“Əvvəl ABŞ və Avropa İttifaqı da bu sırada yer alırdı. İndi isə Qərb ermənilərin türklərlə düşmən olmasına o qədər də maraq göstərmir. Hazırda Qərbin maraqları ermənilərlə türklərin anlaşmasından yanadır.

Yadınızdadırsa, ABŞ Konqresi və Senatı, eləcə də Fransanın parlamenti ildə 3-4 dəfə hoqqa çıxarırdı. Şükür, belə şeylər daha dəbdə deyil”.

E.Həsənli qeyd edib ki, 2026-cı ildə Ermənistanda növbəti seçki keçiriləcək:

“Ermənilər obrazlı desək "Real Ermənistana", yoxsa "Böyük Ermənista"a səs verəcək? Vaşinqton anlaşmasının Ermənistanda rəğbətlə qarşılanması əminliklə deməyə əsas verir ki, ermənilər bu dəfə də türklərlə anlaşmağa çalışan Nikol Paşinyana üstünlük verəcəklər”.


Xəbər 1898 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +