Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


14.12.2020  13:27 

Gürcüstanda yoluxma sayı 200 minə çatır - Qonşu ölkələrdə vəziyyət





A+  A-

Rusiyada son bir gündə 27 min 328 yeni yoluxma faktı qeydə alınıb.
XəzərNews.az “worldometers”ə istinadən xəbər verir ki, 24 saat ərzində 450 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 47 min 391 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 124 min 797 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 681 min 256 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 1337 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 191 min 63-ə çatıb.

Ölkədə sutka ərzində daha 49 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 839-a çatıb. Ümumilikdə sağalanların sayı isə 161 min 681 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 357 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 148 min 682 nəfərə çatıb. Daha 17 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 503-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 125 min 966 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Xəbər 3257 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +