Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


25.04.2017  11:23 

Sakindən Abutalıbova: “Səni tutub salacağıq içəri” - VİDEO





A+  A-

24 apreldə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayan məcburi köçkünlər yolu bağlayıblar.
Köçkünlər 90-cı illərin əvvəllərində yerləşdikləri yarımçıq binadan çıxarılmalarına etiraz ediblər. Bir neçə vətəndaş 5 köçkün ailəsini məhkəməyə verərək, evlərin onlara məxsus olduqlarını bildirib. Köçkünlər isə yeni mənzillə təmin olunmadan yerləşdikləri mənzillərdən çıxmaq istəmirlər.

Suraxanı rayon Məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Köçkünlərin səbrini daşıran isə icra məmurunun qərardan şikayətçi olan köçkün Mikayıl Əhmədovu 15 sutkalıq həbs etdirməsi olub.

Ölkə başçısı İlham Əliyev 2004-cü ildə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı sərəncamı ilə təsdiq edib. Sərəncama görə, 1992-1998-ci illər ərzində köçkünlərin müvəqqəti məskunlaşdıqları ünvanlardan dövlət tərəfindən yeni ünvana köçürülmədən çıxarılması yolverilməzdir. Köçkünlər dövlət qurumlarının bu sərəncama məhəl qoymadıqlarını bildiriblər.

XəzərNews.az Meydan TV-yə istinadən xəbər verir ki, məcburi köçkünlər yolu bağlayandan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Suraxanı rayonu 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov hadisə yerinə gəlib.

Abutalıbov həbs edilən şəxsin qohumlarını xidməti maşınına dəvət edərək məsələni araşdırmaq üçün məhkəməyə aparıb. Sakinlərdən biri isə merə “Olmasa, səni tutacağıq. O, çıxmasa səni tutub salacağıq içəri”, -deyə cavab verib.


Xəbər 3662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +