Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


27.09.2025  14:50 

İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır





A+  A-

Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev cəza müddətinin axırına kimi həbsdə qalmaq istəmir.

XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o vaxtından əvvəl cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edib.

Məhkum ərizəsində cəzaçəkmə müəssisəsinin müsbət rəyini də nəzərə alaraq 3 il 3 aylıq həbs cəzasının qalan 2 ayının şərti hesab edilməsini xahiş edib.

Amma məhkəmə onun müraciətini rədd edib, həbsinin davamına qərar verilib.

Maraqlıdır ki, polkovnik bu ilin mayında da azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürmüşdü.

Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. O, xidməti otağındakı intim videolar qalmaqlından sonra həbs edilib.

Xəbər 6341 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +