DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


17.01.2023  10:46 

Narkokuryerlər saxlanıldı...





A+  A-

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Serqey Yudin və Elmar Siracov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və avtomobilinə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Etibar Talıbov və Natiq Mütəllimov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman yarım kiloqramdan çox marixuana, heroin və 9 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri, Natiq Mütəllimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xəbər 2953 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +