DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


09.10.2025  16:16 

İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir





A+  A-

İsrailin Qəzzaya humanitar yardım aparan “Azadlıq Donanması”nda saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli yerli mətbuata açıqlama verərkən bildirib. O deyib ki, deputatlar Azərbaycandan Türkiyəyə yola salınacaqlar.

Keçelinin sözlərinə görə, digər Türkiyə vətəndaşları üçün rəsmi Ankaranın fəaliyyəti davam edir.

Xatırladaq ki, ötən gün İsrail donanması Qəzzaya humanitar yardım aparan “Azadlıq Donanması”na beynəlxalq sularda hücum edib. İsrail hərbçiləri flaqman “Vicdan” gəmisinin göyərtəsinə çıxaraq buradakı fəalları saxlayıblar. Onların aralarında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üç üzvü də (Gələcək Partiyasının millət vəkili Səma Silkin Ün, Səadət Partiyasının millət vəkilləri Necmettin Çalışkan və Mehmet Atmaca) olub.

Xəbər 4391 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +