Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


16.05.2019  09:24 

“Qalatasaray” 18-ci dəfə Türkiyə kubokunu apardı





A+  A-

Mayın 15-də futbol üzrə Türkiyə kubokunun finalında “Qalatasaray” və “Akhisar Bələdiyyəspor” komandaları qarşılaşıb.
XəzərNews.az xəbər verir ki, Sivas şəhərində keçirilən oyunda İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək 18-ci dəfə Türkiyə kubokunun sahibi olub.

Lakin hakim Suat Arslanboğanın qərarlarını qərəzli hesab edən Ege təmsilçisi oyunun sonunda mükafatlandırma mərasiminə qatılmayıb. Etiraz nümayişi olaraq təkcə qapıçı Fatih kürsüyə çıxıb. Komandanın kapitanı Güray Vural isə matçın hakiminin ünvanına ağır ifadələr işlədib:

““Qalatasaray”ı təbrik edirəm. Bizim etirazımız onlara deyil, hakimədir. Bu gün kuboku “Qalatasaray”a hədiyyə etdi. Bizim 8 oyunumuzu idarə etdi və hamısını uduzduq. Allah bəlasını versin”.

Qeyd edək ki, hazırda “Qalatasaray” Türkiyə superliqasında 66 xalla liderdir. “Akhisar Bələdiyyəspor” isə 25 xalla turnir cədvəlinin autsayderidir.

Xəbər 3127 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +