Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


15.02.2019  11:26 

DİN külli miqdarda narkotik aşkarladı





A+  A-

Daxili İşlər Nazirliyi külli miqdarda narkotik və silah-sursat aşkar edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, fevralın 14-də ümumi çəkisi 8 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1,1 kiloqramdan artıq heroin, 6,7 kiloqramdan çox marixuana, həmçinin 150 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Binə qəsəbə sakini C.Mecidova məxsus həyətyanı sahədə istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Fevralın 13-də Hacıqabul rayon sakini Əli Zülfüqarovun üzərinə baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb.

Qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini C.Seyidbəyov və Masallı rayon sakini M.Salayev saxlanılıblar.

Bundan başqa, polis əməkdaşları C.Seyidbəyovdan 10 qramdan artıq tiryək, M.Salayevdən isə çəkisi 1 kiloqram 50 qram heroin aşkar edərək götürüb.

Neftçala rayon Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Səmədov da saxlanılıb. Onun evindən 1,6 kiloqram marixuana da aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Xəbər 2837 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +