Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


03.10.2018  13:54 

“Milli Məclisdə baş verənlər olduğu kimi təqdim edilmir”





A+  A-

“Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları olsun, kifayət qədər açıq və şəffaf keçirilir. Mən hələ bu vaxta qədər hansısa deputatın sözünün kəsildiyinin şahidi olmamışam. Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim edilmir. Parlamentdə istənilən deputat istədiyi problemi qaldıra bilir və hamı da bunu dinləyir, rəhbərlik də etiraz etmir”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır:

“İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.

Xəbər 3624 dəfə oxunub.



29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +