Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


06.07.2018  15:21 

Azərbaycandan 260 kq heroin çıxararkən saxlanıldı





A+  A-

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a daxil olan xəbərə görə, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi “Mercedes-Benz Axor” markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, avtomobilə baxış keçirilib.

Həmin nəqliyyat vasitəsində olan “Sodium Karbonat” yükünün Azərbaycandan tranzit keçməklə İranın “Mojtaba Shage Azar” şirkətindən Ukraynanın “LLC Lisintra” şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

Avtomobilin qoşqusundakı 20 ədəd paletdə, cəmi 800 ədəd polietilen torbada olan “Sodium Karbonat” yükü boşaldılıb və həmin yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Bu zaman, 2 ədəd paletdə ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2754 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +