Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


25.04.2018  17:05 

Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanıldı





A+  A-

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla xarici vətəndaşın dövlət sər­hə­dini pozmasının qarşısı alınıb.
XəzərNews.az DSX-yə istinadən xəbər verir ki, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xid­­­məti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kən­­di yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azər­baycandan Rusiya istiqamətində döv­lət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sər­həd naryadı tərəfindən aşkarlanıb və hərəkətləri nəzarətdə saxlanılıb.

Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çə­pə­rinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil ol­duqdan sonra sərhəd naryadı tərəfindən tutulub.

Sərhəd pozucusunun Özbəkistan vətəndaşı, 1991-ci il tə­vəl­lüdlü Tukhtasinov Tolibjon Rahman­jon oğlu olması müəyyənləşib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 3553 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +