Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


16.02.2017  12:49 

Komitə sədrindən jurnalistlərə İRAD: “Ayıbdır, belə şeylər tək bizdə deyil”





A+  A-


“Azərbaycanda ailə modeli bizim sərvətimizdir. Azərbaycan güclü ailə siyasəti mövcuddur. Bütün bunlara baxmayaraq erkən nikahlar, boşanmalar və zorakılıq halları narahatedicidir”. 

XəzərNews.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda keçirilən tədbirdə deyib. 

Komitə sədri bildirib ki, bu problemləri dövlət qurumları təkcə həll edə bilməz. 

“Bu məsələdə qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin rolu böyükdür. Azərbaycan təkmil qanunvericilik bazası var. Bu qanunları tətbiqi əsas məsələdir. Profilaktik işlər daha da güclü olmalıdır ki, gələcəkdə baş verəcək ağır cinayət hallarının qarşısı alınsın”. 

H.Hüseynova qeyd edib ki, bəzən valideynlər uşaqlarının tərbiyəsi ilə məşğul olmurlar. O qeyd edib ki, bəzi atalar övladlarının təhsil almasında maraqlı deyil. 

“Bu, doğru yanaşma deyil. Uşağın gələcəyini düşünmək lazımdır. Biz komitə olaraq ailə psixoloqu yaradılmasının tərəfdarıyıq”. 

Komitə sədri eyni zamanda mətbuatda ailədaxili kriminal hadisələrin qabardılmasına da etiraz edib. “Tez-tez yazırlar ki, ər arvadının başını kəsdi, arvada ərini baltaladı və s. Ayıbdır, belə şey yazmaq olmaz. Axı bunu oxuyanları da nəzərə almaq lazımdır. Belə şeylər bütün dünyada var, tək bizdə deyil”. 



Xəbər 8594 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +