Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


02.02.2017  23:36 

Araz Əlizadə Fazil Mustafadan ÜZR İSTƏDİ





A+  A-


Deputat Araz Əlizadə həmkarı Fazil Mustafadan üzr istəyib.

XəzərNews.az xəbər verir ki, bu barədə Fazil Mustafa sosial şəbəkədə məlumat yayıb. F.Mustafa bildirib ki, deputat Araz Əlizadə MODERN.AZ saytına müsahibəsində onun da adını çəkib:  "Dediyinizdən belə anladım ki, Osmanlılar erməniləri himayə edirdilər. Ancaq Azərbaycanı erməni qırğınından qoruyan da Qafqaz İslam Ordusu idi. 

-Elə deyil. Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. 

 -İstinad etdiyiniz mənbə hansıdır? 

-Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi."

Bayaqdan mənə media quruluşlarından, ayrı-ayrı vətəndaşlardan zənglər olur ki, həqiqətənmi sizin belə bir məqaləniz var? Əlbəttə yoxdur və ola da bilməz. Çünki illərdir Nuri Paşanın haqqının tanınması üçün hərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmam mümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq bu bir böhtandır və əgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından bir neçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuri Paşanın adını çəkərdim. Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməni qətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür.

Maraqlıdır ki, bir neçə dəqiqə öncə Araz Əlizadə zəng edərək mənim adımı yanlış olaraq müsahibədə çəkdiyinə görə üzr istədi”.



Xəbər 3645 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +