Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


02.02.2017  20:36 

“Ledi Qaqaya 1 milyon dollar qonorar vermişdik” - Nazir





A+  A-

 

“Bu il "Formula 1" azarkeşlərini əyləndirmək üçün təşkil ounacaq konsert proqramında dünya səviyyəli ulduzlar çıxış edəcəklər".

XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, keçən il keçirilən "Formula 1" Azərbaycan Qran-Prisində həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu:

“Bu il ola bilsin, əyləncə hissə keçənilki səviyyədə olmasın. Bəzi dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

Xarici ulduzların qonorarı barədə danışan nazir qeyd edib ki,rəqəmlər heç kəs üçün sirr deyil.

“Bu sahədə olan mütəxəssis olanlar bilir ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Bəziləri 3000 manat, bəziləri 30-50 min manat, bəziləri isə 300 min dollar və daha baha məbləğ qarşılığında çıxış edirlər. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonorar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki texniki avadanlıqlardan istifadə olunacaq. Buna da ümumilikdə daha az maliyyə xərclənəcək”.



Xəbər 3361 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +