Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


22.11.2025  12:51 

Sakinlər “LOFT“ restoranını ittiham edirlər





A+  A-

Yasamalda 3 nəfərin həlak olduğu yanğına görə sakinlər "LOFT" restoranını ittiham edirlər.

XəzərNews.az xəbər verir ki, restoranının rəhbərliyi Yasamal rayonunda baş verən yanğınla bağlı ittihamları rədd edib:

"Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi. Amma restoran heç bir ziyan çəkməyib. Üstəlik, restoranın üzərində yerləşən stomatoloji mərkəzə də heç bir zərər dəyməyib. İddiaları qəbul etmirik. Dövlətimiz var, araşdırma aparılacaq və hər şey aydın olacaq".

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə nəticəsində 3 nəfər həlak olub, tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.//Milli.az

Xəbər 2223 dəfə oxunub.




29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +