Cəmil Həsənli sərbəst buraxıldı
Mən, bulud adamam, yağış adamam...
Diaspor adı altında parçalanma... - AÇIQLAMA
Onlar şübhəli şəxs qismində istintaqa cəlb edildi - Mehdiyev işi
Cəmil Həsənlini DTX-ya dəvət etdilər
Azərbaycan səfirliyi milli stendini təqdim edib
Zalujnı Rusiyanın strategiyası barədə xəbərdarlıq etdi
Dağlıq ərazilərdə qar yağacaq - Hava
Bakıda yaşayış binasında partlayış baş verib
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı


03.09.2025  15:14 

Bərdədə yerli məmurlar büdcə pulunu necə oğurlayır?





A+  A-

Ölkənin ən böyük kənd təsərrüfatı rayonu olan Bərdədə yerli məmurlar büdcə pulu oğurlamağın yeni üsulunu tapıblar.

Demək, dövlət hər bir hektar torpağın suvarılması üçün yardım ayırıb, ancaq o pul yeyildiyi üçün "qənaət sistemi" tətbiq edirlər, artezian quyuları gecə söndürülür, bir də gündüz işə salınır. Bunula da həm dövlət ziyana düşür, həm də fermer. Çünki şəhər artezian isə düşəndə dünən suyun getdiyi yerə yenidən axmalı olur ki, bu da ikiqat zərərdir.

Məntiqlə əslində əvvəl axır həmin torpaq sahəsi sulanmalıdır, amma hökumət qurumları subsidiyanı "yediyi" üçün bu cür vaxt uzadır və suvarma prosesi növbəti ilə, yəni yeni il büdcəsinin açılmasına qədər uzadır. Beləcə zərər görən dövlət və kəndlilərdir, qazanan isə məmurlar.

İndi hər axşam artezian idarəsi məmurları kəndbəkənd düşüb artezianları söndürür. Hətta bəzi kəndlərdə "artezian patrulları" ilə kənd camaatı arasında dava düşüb, ancaq xeyiri yoxdur, Kayahan demiş, yuvarlanıb gedir ölkə bu minvalla.

Kənan Rövşənoğlu
P.S. Yazı müəllifin "Feysbuk" hesabından götürülüb!

Xəbər 3588 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.11.2025  19:26 

Ölümdən sonrakı həyat?!


BÜTÜN XƏBƏRLƏR +