İcra hakimiyyətində dava – Müavinə hücum etdi
Oda Baş Prokurorluğa çağırıldı
Tanınmış idmançı qəzaya düşdü - Anbaan VİDEO
Əməkdar artist xəstəxanaya yerləşdirildi -FOTO
Azərbaycana PUA ilə narkotik keçirmək istədilər
İntim videolarla məşhurlaşan polkovnik azadlığa çıxdı
“Şərq” qəzetində ixtisarlar başladı
“Megastore”dan alınan konfetdən qurd çıxıb - Foto
Sabah yağış yağacağı ehtimalı var
Qəzza istənilən yolla tərxis olunacaq - Netanyahu


04.03.2024  01:57 

Ərdoğan Pakistanın Baş nazirini təbrik edib





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu yenidən ölkənin baş naziri seçilməsi münasibətilə təbrik edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığında Türkiyə – Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Eyni zamanda, Ərdoğan Şahbaz Şərifi yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib və yeni dövrdə Türkiyə ilə Pakistan arasında əlaqələrin daha da dərinləşəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.

Prezident Ərdoğan Pakistanda törədilmiş terror aktlarını pislədiyini vurğulayıb və Pakistan xalqına başsağlığı verib.

Xatırladaq ki, martın 3-də Şahbaz Şərif yenidən Pakistanın baş naziri seçilib. Şahbaz Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək ölkənin baş naziri olub. O vaxtdan bəri hökumətin başında müvəqqəti olaraq Ənvər-ül Haq Kakar olub.//Report

Xəbər 2625 dəfə oxunub.




17.11.2025  10:30 

Şəhid anası vəfat etdi -FOTO

16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl


BÜTÜN XƏBƏRLƏR +