Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi
Prezident Qazaxıstana səfər edəcək
Mehdiyevin oğlunun şirkəti borca düşdü
Prezident yeni səfiri qəbul etdi
Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama
Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb
89 yaşlı qadın orduya 20 min qrivina bağışladı
Ramiz Mehdiyevin halı pisləşib


07.05.2017  12:36 

Sürücüsüz avtobus sərnişin daşıyacaq





A+  A-

Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən Vyana Şəhər Xətləri şirkəti sürücüsüz hərəkət edən ilk mikroavtobusun təqdimatını keçirib. Şəhərin ən yeni rayonu olan Zeeştadt Aspern ərazisində marşruta buraxılacaq mikroavtobus gələn ilin əvvəlindən sınaqdan keçiriləcək.
XəzərNews.az xəbər verir ki, Fransanın “Navya” şirkətinin istehsalı olan “Navya Arma” markalı mikroavtobus elektrik mühərriklə çalışır və iki ildən sonra ictimai nəqliyyatda müntəzəm cədvəl üzrə hərəkət etməsi planlaşdırılır.
Avstriya Nəqliyyat Nazirliyinin maliyyə vəsaiti hesabına formalaşan tədqiqat layihəsi çərçivəsində 11 sərnişin daşımaq imkanına malik olan sürücüsüz iki mikroavtobusun xüsusi dayanacaqlar, hərəkət cədvəli və əsl sərnişinlərin iştirakı ilə test yürüşləri aparılacaq.
Kamera və sensorlarla təchiz olunan “ağıllı” avtobuslar digər nəqliyyat vasitələri ilə interaksiyada olmaq imkanına sahibdirlər və yol hərəkətində baş verən gözlənilməz hadisələr zamanı müvafiq manevrlər edə biləcəklər.

Xəbər 2913 dəfə oxunub.




16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +