“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


17.11.2025  18:45 

TRIPP üzrə razılaşmaların icrasına başlanılıb





A+  A-

“Ermənistan və ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə iki ölkə lideri Donald Trampla Nikol Paşinyanın görüşü zamanı əldə olunan razılaşmaların icrasına başlanılıb”​.

XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Huker arasında baş tutmuş görüşdə bildirilib.

“ABŞ və Ermənistan arasında uzunmüddətli əməkdaşlıq, eləcə də Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinə nail olmaq baxımından əldə olunmuş tərəqqi və Türkiyə ilə münasibətlərin normallaşması Cənubi Qafqazın həyati əhəmiyyətli ticarət marşrutu kimi açılması baxımından perspektivlər yaradır”, - Ellison Huker deyib.

O, həmçinin Ermənistana səfərinin əsas məqsədinin ticarət, investisiya, infrastruktur, regional kommunikasiyalar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək olduğunu qeyd edib.

Paşinyan isə iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə çıxdığını və bu tərəfdaşlığın həm Ermənistan hökuməti, həm də ictimaiyyəti tərəfindən yeni şəkildə qəbul edildiyini nəzərə çatdırıb.

Xəbər 1337 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +