Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


17.10.2019  10:43 

Hər məmur özünə bir sayt açıb





A+  A-

“Cənab Prezidentin son müşavirədə söylədiyi “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikri düşündürücü və narahatlıq doğuran məsələdir”.
XəzərNews.az xəbər verir ki, bunu “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı məmurların media orqanları yaratmaq istəyi geniş vüsət almasa da, əvvəllər də olub:

“Keçmiş MTN-nin təsirində olan qəzetlər vardı. Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu. Bu informasiyalarda xüsusi maraqlı dairələrin əl izləri aydın görünürdü. Mətbuat Şurası bu qəzetləri “qara siyahıya” salsa da, hansısa qüdrətli əl buna mane olurdu.

Yeni medianın artmasıyla ayrı-ayrı məmurların da sayt yaratması adi hala çevrildi. Çox da böyük olmayan vəsaitlə yaradılan bu yeni “ media orqanları” sifarişçilərin əlində çomağa çevrildi. İndi, az qala, hər məmur özünə bir sayt açıb. Hadisələrə münasibətini özü müəyyənləşdirən mətbuat orqanlarının sırası daralıb. Buna görə də cənab Prezidentin narahatlığını bölüşür, məmur-oliqarxların mediadan öz məqsədləri üçün istifadə cəhdlərinin məhdudlaşacağına ümid edirik”.

Qeyd edək ki, sırağagün Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə ölkə başçısı bəzi məmurlar və mətbuat haqda aşağıdakı sərt ifadələri işlədib:

"Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub".

Xəbər 3112 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +