Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


29.01.2019  12:19 

“Taliban” 6 polisi öldürdü





A+  A-

Əfqanıstanda “Taliban” hərəkatının silahlılarının hücumu nəticəsində azı 6 polis əməkdaşı həlak olub.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, insident ölkənin şimalında yerləşən Balh əyalətində qeydə alınıb. Nəzarət-buraxılış məntəqələrinə hücum zamanı, həmçinin 3 polis əməkdaşının yaralandığı bildirilir.

Xatırladaq ki, son vaxtlar Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında dialoqun mümkünlüyü vaxtaşırı gündəmə gəlir. Bu ərəfədə Prezident Əşrəf Qani RTA dövlət telekanalının efirində “Taliban” hərəkatını birbaşa danışıqlara çağırıb. Əfqanıstanda qarşıdurma tərəfləri arasında birbaşa sülh dialoqları müxtəlif meydançalarda aparılır.

2018-ci il noyabrın 9-da Moskvada baş tutan beynəlxalq görüşə ilk dəfə “Taliban” hərəkatının Dohadakı siyasi ofisinin nümayəndə heyəti də qatılmışdı..

Bununla yanaşı, bir neçə gün əvvəl ABŞ və “Taliban” nümayəndələri Qətərin paytaxtı Dohada keçirilən məsləhətləşmələrin gedişində xarici ölkə qoşunlarının Əfqanıstandan çıxarılması üzrə çərçivə layihəsini razılaşdırıb.

Xəbər 2841 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +