İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video
TƏBİB-də maliyyə yoxlamaları həyata keçirilir
“Azəristiliktəchizat“da nöqsanlar aşkarlandı


18.01.2018  17:09 

İki qurum necə birləşəcək?





A+  A-

Azərbaycanda uzun illərdir ki, bir sıra dövlət qurumlarının birləşdirilməsi məsələsi gündəmdədir.
Bu müddət ərzində bir sıra dövlət qurumları aidiyyatı üzrə birləşdirilsə də bir neçə təkliflər hələ ki reallaşmayıb. Ancaq bu ilin əvvəlindən etibarən Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi istiqamətində əməli işlər aparılmaqdadır. Əldə etdiyimiz məlumata görə, prosesin mart ayı ərzində yekunlaşacağı nəzərdə tutulur. Buna səbəb isə hər iki qurumun əsasən fiskal orqan olmasıdır. Bunların inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılması nəzərdə tutulur.

Bəs, bu iki orqanının birləşdirilməsi indiki şəraitdə mümkündürmü? Bunun ölkə iqtisadiyyatı üçün nə kimi üstünlükləri var?

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu suallarla iqtisadçı-ekspert Rövşən Ağayevə müraciət edib. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin hazırda iki funksiyası var: “Birinci funksiyası dövlət büdcəsini gəlirlə təmin etməkdir. İkinci funksiyası isə ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı müəyyən işləri görməkdir. Belə ki, ölkə ərazisinə daxil olan məhsullar gömrükdən keçərkən yoxlanılır. Ölkədə valyuta rejiminin təmin olunmasına nəzarət edir. Bu kimi qeyri-fiskal funksiyalar xidmətin nazirliklə birləşəcəyi təqdirdə digər aidiyyatı üzrə başqa orqanlara həvalə edəcək. Məsələn, valyuta rejiminin ölkəyə daxil olub çıxmasına Dövlət Sərhəd Xidməti nəzarət edəcək. Sanitar və baytarlıq, ərzaq məsələlərinə müvafiq qurumlar baxacaq.

Bu məsələlər öz həllini tapandan sonra vergi ilə gömrüyün birləşdirilməsi məntiqli bir yanaşmadır.

Nəzərinizə çatdırım ki, bir çox ölkələrdə bu yanaşma var. Həm dövlət aparatının işinin yüngülləşdirilməsi, fiskal orqanların çevikliyinin artırılması baxımından bu addımı yüksək dəyərləndirmək olar. Hətta mən Dövlət Sosial Müdafiə Fondunun da fiskal orqan kimi saxlanılmasının, sosial sığorta haqlarının vergi orqanına verilməsinin tərəfdarıyam. Bir çox ölkələrdə sosial vergi var. Belə ki, həm fiziki şəxslərin gəlir vergisi, həm də sosial sığorta haqqı eyni mənbədən tutulur. Bunun bir qurum tərəfindən hesablanmasına nə mane olur ki? Əksinə, hansısa müfəttişlər bu işlə Dövlət Sosial Müdafiə Fondunda məşğul olur. Eyni işi başqa müəssisədə yəni, Vergilər Nazirliyində də edirlər. Beləliklə, qeyri- fiskal səlahiyyətlərin müəyyən orqanlara verməklə fiskal qurumların bir çətir altında birləşdirilməsini doğru hesab edirəm. Çünki bu idarəetmənin yüksəldilməsi baxımından yaxşı addımdır”.

Xəbər 2980 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +