Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


20.06.2017  12:21 

Azərbaycanın İranla sərhədində erməni təxribatının qarşısı alındı





A+  A-

Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, 18 iyun 2017-ci il tarixdə saat 09:50 radələrində Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Əhmədalılar sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirən sərhəd naryadı tərəfindən Araz çayının sahil xəttinə baxış keçirilərkən ağac kötüyünə bağlanmış və sərt maneə ilə toqquşduqda partlamaya hazır vəziyyətdə olan RPQ-7 tipli tank əleyhinə əl qumbaraatanının mərmisi aşkar edilib.

Dərhal zəruri tədbirlər görülüb, partlayıcı Mil-Muğan Hidroqovşağından uzaqlaşdırılaraq sahilə çıxarılıb. Sərhədçilər tərəfindən qumbara mərmisinin vaxtında aşkar edilməsi sayəsində Araz çayı üzərində yerləşən Mil-Muğan Hidroqovşağına qarşı yönəlmiş düşmən təxribatının qarşısını almaq mümkün olub.

Qumbara mərmisinin aşkar olunduğu ərazi nəzarətə götürülüb, zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra Dövlət Sərhəd Xidmətinin istehkamçı mütəxəssisləri tərəfindən zərərəsizləşdirilib.

Xəbər 2466 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +